Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Paşinyan Bakıdan Ermənistana benzin tədarükünü alqışlayıb

 

“Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası gəlir”.

Yenixeber.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyan deyib. 

“Bildiyim qədərilə, Azərbaycanda istehsal olunan neft məhsullarının ilk partiyası artıq Ermənistana doğru gəlir. Bu hadisəni alqışlayıram”, - Paşinyan qeyd edib. 

Onun sözlərinə görə, ticarət özəl şirkətlər arasında həyata keçirilir, lakin bunun üçün siyasi şərtlər Azərbaycanla Ermənistan arasında nail olunan sülh sayəsində yaradılıb. 

Xatırladaq ki, bu gün SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilir. 22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı Azərbaycan Dəmir Yollarının (ADY) yük qatarı ilə Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb. Yük oradan Gürcüstan vasitəsilə Ermənistana çatdırılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam