Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Rusiya XİN: İş adamlarımız Ermənistandakı layihələrin perspektivlərini ehtiyatla qiymətləndirirlər

 

Rusiyadan olan iş adamları Samvel Karapetyanın həbsindən sonra Ermənistandakı layihələrinin perspektivlərini ehtiyatla qiymətləndirməyə başlayıblar.

Yenixeber.org xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kaluqin "RİA Novosti"yə deyib.

"Bildiririk ki, belə bir vəziyyətdə digər iş adamlarımız Ermənistandakı layihələrinin perspektivlərini ehtiyatla qiymətləndirməyə, ölkənin investisiya iqliminin dayanıqlığı barədə suallar verməyə başlayıblar ki, bu da ikitərəfli ticarətin artan dinamikasının qorunub saxlanmasına xidmət etmir", - o bildirib.

Xatırladaq ki, "Taşir Kapital" şirkətinin sahibi Samvel Karapetyan Ermənistanda hakimiyyəti ələ keçirməyə açıq çağırışlar etməkdə ittiham olunaraq həbs edilib. Ermənistan Antikorrupsiya Məhkəməsi noyabrın 18-də onun həbs müddətini daha iki ay uzadıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam