Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Azərbaycanla Tailand arasında ilk siyasi məsləhətləşmələr olub

 

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Tailand Krallığında səfərdə olub.

Yenixeber.org: Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər zamanı Banqkok şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Tailand Krallığının Xarici İşlər Nazirliyi arasında ilk siyasi məsləhətləşmələr keçirilib.

Siyasi məsləhətləşmələrdə Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov, Tailand Krallığının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Vijavat İsarabhakdi rəhbərlik edib.

Məsləhətləşmələr zamanı “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Tailand Krallığının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu” imzalanıb.

Daha sonra iki ölkə arasında siyasi, iqtisadi-ticarət, mədəniyyət və turizm sahələrində əlaqələrin hazırkı durumu və gələcək inkişaf perspektivləri müzakirə olunub.

Çoxtərəfli platformalarda iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Müqabil tərəfə Azərbaycanın sülh gündəliyi, işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi üçün görülən tədbirlər, eləcə də həmin ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri barədə məlumat verilib.

Tailand Krallığının xarici işlər naziri Sihasak Phuanqketkeov ilə keçirilmiş görüşdə iki ölkə arasında siyasi münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, Səfirliyin açılışının və ilk siyasi məsləhətləşmələrin müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyi bildirilib.

Eyni zamanda, nazir müavini Elnur Məmmədov Tailand Krallığı Milli Assambleyasının prezidenti və Nümayəndələr Palatasının spikeri Vanmuhammadnoor Matha ilə görüşüb. Görüşdə ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin mühüm rolu qeyd olunub, çoxtərəfli parlamentlərarası platformalarda təşəkkül tapmış səmərəli əməkdaşlıq məmnunluqla vurğulanıb.

Səfər çərçivəsində nazir müavini Elnur Məmmədov Tailandın nüfuzlu TNN televiziya kanalına, eləcə də parlamentin televiziya kanalına müsahibələr verib. O, həmçinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə bağlı Səfirlik tərəfindən təşkil olunmuş mərasimdə iştirak edib.

Bununla yanaşı, xarici işlər nazirinin müavini Elnur Məmmədov Tailand Parlamentinin nəzdində fəaliyyət göstərən Kral Prajadhipok İnstitutunda Azərbaycanın xarici siyasət prioritetləri barədə çıxış edib və iştirakçıların suallarını cavablandırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam