Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Ərdoğan: Türkiyə Ukraynada müharibənin dayandırılması üçün danışıqlara ev sahibliyi edə bilər

 

Türkiyə Rusiya və Ukrayna arasında enerji obyektlərinə və limanlara zərbələr baxımından məhdud atəşkəsin həyata keçirilməsinin faydalı olacağına inanır.

Yenixeber.org xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda keçirilən Beynəlxalq Sülh və Təhlükəsizlik Forumundan sonra Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.

Görüşdə Türkiyə ilə Rusiya ikitərəfli münasibətləri, Rusiya-Ukrayna müharibəsində sülh səyləri nəzərdən keçirilib və Türkiyənin sülh təşəbbüslərinə dəstək verəcəyi bir daha ifadə olunub.

R.T.Ərdoğan daha sonra müharibənin ədalətli və qalıcı bir sülhlə sonlandırılması üçün ortaya qoyulan səylərin dəyərli olduğunu, hər iki tərəf üçün praktik faydaları olan sahələrdə irəliləyiş əldə edilə biləcəyinə inandıqlarını vurğulayıb.

Ərdoğan müharibənin dayandırılması üçün Türkiyənin bütün formatlarda danışıqlara ev sahibliyi edə biləcəyini də diqqətə çatdırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam