Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Zod qızıl yatağında Ermənistanın hər-hansı bir qazıntı və istismar işlərinin aparmadığı aşkarlanıb

 

Zod qızıl yatağına baxış, orada Ermənistan tərəfindən hər-hansı bir qazıntı və istismar işlərinin aparılmadığını göstərib.

Yenixeber.org-un məlumatına görə, bundan əvvəl Azərbaycan tərəfində həmin yataqda Ermənistanın qazıntı və istismarın davam etməsi ilə bağlı narahatlıq olub.

Əraziyə keçirilən baxış həmin ərazidə hər hansı işin aparılmadığını göstərib və bununla da bütün şübhələr aradan qalxıb.

Xatırladaq ki, noyabrın 28 -də Qəbələdə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 12-ci görüşü keçirilib.

Müzakirə olunan məsələlər sırasında Zod qızıl yatağına baxış keçirilməsi razılaşdırılıb. Məlum olduğu kimi, Kəlbəcərin işğal altında olduğu dövrdə Zod yatağı ermənilər tərəfindən istismar olunub. Hələ SSRİ dövründən başlayaraq bütün qazma işləri Ermənistan ərazisindən aparılmışdı.

Qeyd edək ki, Zod yatağının yerləşdiyi ərazidə ağır iqlim şəraiti mövcuddur. Hazırda orada Azərbaycan tərəfindən nəqliyyat və logistika infrastrukturu yaradılır. İşlər başa çatdıqdan sonra "AzerGold" QSC tərəfindən istismar prosesinə başlanacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam