Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Tokayev Xəzərin su ehtiyatlarının qorunması üçün dövlətlərarası proqramın qəbul olunmasını təklif edib

 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzəryanı ölkələrə Xəzər dənizinin su ehtiyatlarının qorunması üçün dövlətlərarası proqramın yaradılmasını və bu istiqamətdə birgə tədbirlərin həyata keçirilməsini təklif edib.

Yenixeber.org xəbər verir ki, o, bunu Astanada keçirilən Qazaxıstan-İran biznes forumunda bildirib.

Prezidentin sözlərinə görə, Xəzərin dayazlaşması təxirəsalınmaz tədbirlərin həyat keçirilməsini tələb edən ən aktual məsələlərdən birinə çevrilir, çünki dəniz səviyyəsinin azalması artıq həm regionun ekologiyasına, həm də iqtisadiyyatına ciddi təsir göstərir.

"Bu ümumi problemin həlli yalnız beş dövlətin səylərinin birləşdirilməsi yolu ilə mümkündür. Beynəlxalq təşkilatlar və maliyyə qurumları bu prosesə fəal şəkildə cəlb edilməlidir. Bildiyiniz kimi, Şanxay Əməkdaşlıq Təşkilatının genişləndirilmiş iclasında Su Problemlərinin Tədqiqi Mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış etdim. Bu baxımdan Xəzərin su ehtiyatlarının qorunması üçün dövlətlərarası proqram qəbul etmək və birgə tədbirlərin həyata keçirilməsinə başlamaq lazımdır", - o deyib.

Tokayev həmçinin qeyd edib ki, Qazaxıstan Tehranda keçiriləcək VII Xəzər Sammitində iştirak etməyi planlaşdırır. Bundan başqa, Astana növbəti iki il ərzində IV Xəzər İqtisadi Forumunun keçirilməsini təklif edir.

O əlavə edib ki, bu tədbirlər Xəzərlə bağlı məsələlərin hərtərəfli müzakirəsi və səmərəli həll yollarının işlənib hazırlanmasına imkan yaradacaq. Qazaxıstan İranı irəli sürülən təşəbbüslərdə fəal iştiraka dəvət edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam