Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Nigeriya və Niger Bakıdakı çempionata vəsiqə qazandı

 

Nigeriyanın paytaxtı Abucada yerləşən Guards Polo Club meydanında keçirilən Afrika Çövkən Çempionatı 8 noyabr tarixində başa çatıb. Turnir 5–8 noyabr tarixlərini əhatə edib və Afrika qitəsinin dörd komandası – Nigeriya, Niger, Qana və Misir – arasında maraqlı qarşılaşmalarla yadda qalıb.

Yenixeber.org xəbər verir ki, son oyun günündə Qana Misir üzərində 6–1 hesabı ilə qələbə qazanaraq üçüncü yeri tutub. Gərgin keçən final görüşündə isə Nigeriya Niger üzərində 5–3 hesabı ilə qalib gəlib və Afrika Çövkən Çempionatının qalibi adını qazanıb.

Nəticələrə əsasən yekun sıralama belə müəyyən olunub:

1-ci yer – Nigeriya
2-ci yer – Niger
3-cü yer – Qana
4-cü yer – Misir

2026-cı ildə Bakıda keçiriləcək Dünya Çövkən Çempionatının reglamentinə əsasən, Nigeriya və Niger komandaları bu yarışa birbaşa vəsiqə qazanıblar. Bu, Afrikada çövkənin inkişafı və beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm addım hesab olunur.

Turnir Guards Polo Club (Abuca) meydanında yüksək səviyyədə təşkil olunub və tamaşaçılara qədim çövkən oyununu müasir idman formatında izləmək imkanı yaradıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam