Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
Günün xəbəri

BDYPİ həftəsonu səfərləri öncəsi sürücülərə xəbərdarlıq edib

 

BDYPİ həftəsonu səfərləri öncəsi sürücülərə xəbərdarlıq edib.

Yenixeber.org: Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, həftəsonu paytaxt və digər şəhər, rayon sakinlərinin bölgələrə səfərlərinin artması avtomobil yollarında nəqliyyat axınının intensivliyini yüksəldir. Bu səbəbdən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən respublika ərazisində təhlükəsizliyin təmin olunması məqsədilə nəzarət-profilaktik tədbirlər gücləndirilib, patrul xidmətinin fəaliyyəti daha da intensivləşdirilib.

Qeyd edilib ki, müşahidələr göstərir ki, bəzi hallarda sürücülər tərəfindən yol hərəkəti qaydalarına riayət olunmaması, tələskənlik, diqqətsizlik və məsuliyyətsiz davranışlar ağır nəticəli yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.

Baş Dövlət Yol Polisi İdarəsi xüsusilə səfərə çıxmağa hazırlaşan sürücülərə müraciət edərək, mənzil başına təhlükəsiz çatmaq üçün nəqliyyat vasitələrinin texniki sazlığını öncədən yoxlamağı, nasaz avtomobillərlə yola çıxmamağı, sürət həddinə, ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi, həmçinin yol və hava şəraitini nəzərə almağı tövsiyə edir. Eyni zamanda, uzun məsafəli səfərlərdə fasilələrlə hərəkət etmək, yorğun və ya yuxusuz halda sükan arxasına əyləşməmək, diqqəti yayındıran hərəkətlərdən çəkinmək mühüm əhəmiyyət kəsb edir.

"Unutmayaq ki, yol hərəkəti zamanı intizam və məsuliyyət — təhlükəsizliyin əsas təminatıdır",- deyə məlumatda qeyd edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam