2026-cı ildə Milli Məclisdəki partiyalara nə qədər vəsait ayrılacaq? -AÇIQLANDI
Gələn il deputatları Milli Məclisdə təmsil olunan siyasi partiyalara nə qədər vəsaitin ayrılacağı məlum olub.
Yenixeber.org xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2026-cı il üzrə büdcə zərfi layihəsində qeyd olunub.
Belə ki, 2026-cı ilin dövlət büdcəsində VII çağırış Milli Məclisin deputatlarının təmsil etdikləri siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün 6 milyon manat vəsait nəzərdə tutulub.