Putin bu sammitdə iştirak etməyəcək
Rusiya Prezidenti Vladimir Putin Cənubi Afrikada keçirilməsi planlaşdırılan G20 sammitində iştirak etməyəcək.
Yenixeber.org: Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Putin sammitdə şəxsən iştirak etməyəcək, lakin Rusiya nümayəndə heyəti yaxşı təmsil olunacaq. Sammitdə Rusiyanı kimin təmsil edəcəyi barədə isə öncədən məlumat veriləcək”, - Peskov bildirib.