TBMM sədri: Pakistan, Azərbaycan və Türkiyə bir millət, üç dövlətdir
Bu toplantı bir daha göstərdi ki, Pakistan, Azərbaycan və Türkiyə bir millət, üç dövlətdir.
Yenixeber.org xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş İslamabadda Türkiyə- Azərbaycan-Pakistan parlament sədrlərinin toplantısının bağlanış mərasimində deyib.
O bildirib ki, bu təmaslar üçtərəfli əlaqələri daha da gücləndirir: "Bu təmaslar beynəlxalq arenada bir milət olaraq çıxış etməkdə bizə güc verir. Yaşasın Türkiyə-Pakistan-Azərbaycan dostluğu!".