Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Ağalarovların aktivləri müsadirə olunmayacaq -QƏRAR

 

Rusiyada “Krokus City Hall”da törədilən terror aktı ilə bağlı iş üzrə zərərçəkən şəxslərin vəkillərinin tələbi rədd edilib.

Yenixeber.org xəbər verir ki. TASS agentliyinin məlumatına görə, istintaq “Krokus City Hall”ın sahibləri iş adamı Araz Ağalarov və oğlu, müğənni Emin Ağalarovun aktivlərinin dondurulması barədə müraciəti qəbul etməyib.

Zərərçəkmişlərin hüquqlarını təmsil edən vəkil İqor Trunov bildirib ki, qərar məhkəmə-tibbi ekspertizaların nəticələri əldə olunmadan verilib. Sənəddə vurğulanır ki, istintaq orqanları hazırda məsul şəxslərin dairəsini və onların hadisədə iştirak dərəcəsini müəyyənləşdirmək üçün bir neçə kompleks ekspertiza aparır.

Rəsmi açıqlamaya görə, bu ekspertizalar “xüsusi mürəkkəblik və tədqiqat obyektlərinin çoxluğu” səbəbindən uzun çəkəcək.

İstintaq qərarında qeyd olunur ki, ekspertizaların nəticələrindən sonra hadisəyə aid şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək və yalnız bundan sonra aktivlərin dondurulması məsələsinə baxıla bilər: "Hazırda belə təminat tədbirlərinin tətbiqi qanuna uyğun sayılmır".

Qeyd edək ki, Rusiya qanunvericiliyinə əsasən, aktivlərin və ya əmlakın müsadirəsi yalnız şübhəli və ya təqsirləndirilən şəxslərə aid olduqda mümkündür. Hazırda Ağalarovlar bu statusda deyil.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam