Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Vahid vergi bəyannaməsi “SİMA İmza” ilə təqdim edilə bilər

vahid-vergi-beyannamesinin-sima-imza-ile-teqdim-edilmesi-mumkun-oldu

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC və Dövlət Vergi Xidmətinin birgə əməkdaşlığı sayəsində SİMA yeni nəsil rəqəmsal imzanın İnternet Vergi İdarəsinə inteqrasiyası uğurla davam etdirilir.

Yenixeber.org: Artıq sahibkarlar və hüquqi şəxslər üçün vahid vergi bəyannamələrinin göndərilməsi xidmətinə “SİMA İmza” ilə əlçatanlıq təmin olunub.

Bununla da sahibkarların və təşkilatların dövlət büdcəsinə ödəməli olduqları bütün vergi öhdəliklərini vahid formada təqdim etməsi üçün nəzərdə tutulmuş rəsmi sənədin “SİMA İmza” ilə göndərilməsi mümkün olub.

Qeyd edək ki, bu bəyannamə vasitəsilə vergi ödəyicisi öz fəaliyyətindən əldə etdiyi gəlir və xərclər barədə məlumat verir və həmin məlumat əsasında ödəniləcək vergilər hesablanır. Bu imkandan faydalanmaq üçün “new.e-taxes.gov.az” veb-saytında giriş üsulu kimi “SİMA İmza”nı seçmək və mobil tətbiq vasitəsilə təqdim edilən QR kodu “SİMA İmza” tətbiqində skan etmək kifayətdir.

Qeyd edək ki, hazırda vergi ödəyiciləri SİMA rəqəmsal imzanı ödənişsiz əldə etmək imkanına sahibdir. Bunun üçün “SİMA İmza” mobil tətbiqində qeydiyyatdan keçdikdən sonra fərdi sahibkar (hüquqi şəxs) imzasını əldə edərkən “6AYPULSUZ promokodunu” daxil etmək kifayətdir. Qeydiyyatdan sonrakı 6 ay müddətində elektron imza üçün heç bir abunə haqqı tələb olunmayacaq.

“SİMA İmza”nın İnternet Vergi İdarəsinə inteqrasiyasına 2023-cü ildə başlanılıb və bu günədək 80-dən çox vergi xidmətinə əlçatanlıq təmin edilib.

      “SİMA İmza” haqqında

SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” tərəfindən 2022-ci ildə yaradılıb. Hazırda “SİMA İmza” tətbiqinin endirilmə sayı 5 milyona yaxındır. Rəqəmsal imza əldə etmək üçün hər hansı xidmət məntəqəsinə getməyə və ya fiziki daşıyıcıya ehtiyac yoxdur. Olduğunuz yerdən “SİMA İmza” mobil tətbiqini smartfona yükləyib qeydiyyatdan keçə bilərsiniz.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam