Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

Elarizin kürəkəninin 12 il həbsi tələb edildi

 

Üç sahibkarın ümumilikdə 4 milyon manatını ələ keçirməkdə ittiham olunan 33 yaşlı birjaçı Nizami Alışanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Yenixeber.org-un məlumatına görə, bugünkü prosesdə ittiham tərəfi yekun çıxış edib. Prokuror təqsirləndirilən şəxsə verilmiş ittihamın məhkəmədə də sübuta yetirildiyini düşündüyünü deyib.

Bu əsasla Nizami Alışanın 12 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Müdafiə tərəfi isə ittihamla razı deyil. Vəkilə müdafiə çıxışına hazırlanması üçün vaxt verilib.

Növbəti iclasda məhkəmə araşdırmasının yekunlaşacağı gözlənilir.

Qeyd edək ki, Nizami Alışan Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Şikayətçilər isə Nərimanov rayon prokurorunun keçmiş müavini Zeynal Usubov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadə və başqa iş adamı Yadigar İsrafilovdur. Nizami Alışan isə AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, müğənni Elarizin kürəkənidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam