Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Avropa liderləri toplanır -İlham Əliyevlə Paşinyan da dəvət edilib

Avropa liderləri bir araya gəlir - İlham Əliyevlə Paşinyan da dəvət edilib

Bu həftə Danimarkanın paytaxtı Kopenhagendə Avropa Siyasi Birliyinin (ASB) yeddinci toplantısı keçiriləcək.

Yenixeber.org: Məlumata görə, sammitdə 50-yə yaxın ölkənin liderinin iştirak edəcəyi gözlənilir. Görüşün əsas gündəmi Avropanın ümumi təhlükəsizlik vəziyyəti, Ukraynaya dəstəyin davam etdirilməsi və qitənin yeni geosiyasi reallıqlarda daha güclü və təhlükəsiz olması yollarının müzakirəsi olacaq.

Toplantının plenar iclasından sonra liderlər üç mövzu üzrə ayrı-ayrı dəyirmi masalarda müzakirələr aparacaqlar: ənənəvi və hibrid təhdidlər, iqtisadi təhlükəsizlik və miqrasiya. Sammitə Avropa İttifaqını Aİ Şurasının Prezidenti Antonio Kosta təmsil edəcək və o, Danimarkanın Baş naziri Mette Frederiksenlə birgə iclaslara sədrlik edəcək.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan da dəvət edilən liderlər siyahısındadır. Onların iştirakı fonunda Cənubi Qafqazdakı vəziyyətin müzakirələrinə də yer veriləcəyi gözlənilir.

Toplantıdan öncə isə Avropa İttifaqının 27 üzv ölkəsinin liderləri Kopenhagendə qeyri-rəsmi sammitə toplaşacaq. Burada əsas diqqət Avropa müdafiə təşəbbüslərinə – o cümlədən “Dron Divarı”, “Hava Hücumundan Müdafiə Qalxanı” kimi layihələrə və Ukraynaya uzunmüddətli maliyyə dəstəyinə yönələcək.

Avropa Siyasi Birliyinin sammitinə Böyük Britaniya, Türkiyə, Qərbi Balkanlar və Qafqaz ölkələrinin liderləri də qatılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam