
Azərbaycanda fəaliyyət göstərən “BP Exploration (Caspian Sea) Ltd” şirkətində faktiki işləyən muzdlu işçilərin (əmək müqaviləsiylə) sayı ötən il 2 485 nəfər olub.
Yenixeber.org: Bu işçilərin 175 nəfərini əcnəbi və vətəndaşlığı olmayan şəxslər təşkil edib.
Qeyd edək ki, ötən il “BP Exploration (Caspian Sea) Ltd” şirkətində muzdlu işçilərə pul və natura formasında hesablanan əməkhaqqı fondu 299 milyon 64,1 min manat olub. Əməkhaqqı fondundan bir işçiyə düşən aylıq vəsait 10 min 29 manat olub.
Əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün hesablanan əməkhaqqı fondu isə 133 milyon 361,2 min manat təşkil edib. “BP Exploration (Caspian Sea) Ltd” şirkətində əcnəbi və vətəndaşlığı olmayan bir işçiyə düşən aylıq məbləğ 63 min 505 manat olub.(yeniavaz)