Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
Günün xəbəri

İlham İsmayıla 1 ay möhlət verilib? —“Pulu qaytarmır”

Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi üzrə ittiham irəli sürülən sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayılın Nəsimi Rayon Polis İdarəsindən sərbəst buraxılmasının səbəbi açıqlanıb.
Yenixeber.org: İ.İsmayıldan 20 min dolları mənimsənildiyinə görə şikayətçi olan Sumqayıt şəhər sakini Emin Məmmədzadə adıçəkilən şəxsə 1 ay müddətinə möhlət ayrıldığını bildirib:
Onun sözlərinə görə, İlham İsmayıl barədə başqa bir nəfər də şikayət edib: pizza hut
“İlham İsmayıl 170 min ABŞ dolları da həmin şəxsdən alıb. Onu 48 saat saxladılar ki,  pullarımızı geri versin. Cinayət işi açıldığı halda İlham İsmayılı azadlığa buraxıblarsa, o demək deyil ki, dələduzluq maddəsi adından götürülüb. O, bizə heç bir pul geri qaytarmayıb. Dedi ki, həbsdə ola-ola pulu qaytara bilmərəm, çıxım, evimi, maşınımı satım, pulları qaytarım.
Şəxsən özünə ötən ilin noyabrında verdiyim 20 min dollar pulumu qaytarmır, 10 aydır, müxtəlif bəhanələrlə oğlu ilə birgə məni aldadır. Buna görə də sentyabrın 12-də Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində barəsində cinayət işi qaldırılıb.
İdarədən mənə müstəntiq dedi ki, İlham İsmayılın dilindən izahat alınıb, bir ay müddətində pulu qaytaracaq. Özüm də izahatı oxudum. Müstəntiq bildirdi ki, bir ay müddətində pulu qaytarmasa, bir aya cinayət işi də yekunlaşır, işi məhkəməyə göndərəcəyik, o zaman artıq İlham İsmayıl həbs olunacaq. Özünə də deyildi ki, müəyyən xidmətlərinə görə 48 saatdan sonra azadlığa buraxırıq, pul ödənilməlidir”(pravda.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam