Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Millimizin baş məşqçisinə cinayət işi açıldı -SƏBƏB

Azərbaycan Kunq-Fu Federasiyasının peşəkarlardan ibarət yığma komandasının baş məşqçisi Nəriman Cavadzadəyə cinayət işi açılıb.

Yenixeber.org: 1990-cı ildə Ağsu şəhərində anadan olmuş Nəriman Cavadzadə barəsində iltizam növündə qətimkan tədbiri seçilib.

Onun Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.

Məlum olub ki, Nəriman Cavadzadə Əbu-Dabi-Bakı aviareysi ilə Azərbaycana gəldiyi zaman çamadanına keçirilmiş gömrük baxışı zamanı 1 640 manat dəyərində siqaret və elektron siqaretlər aşkarlanıb.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Nəriman Cavadzadə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək deyib ki, idmançıdır və yığma komandanın baş məşqçisi işləyir. Üzərində 5 ədəd telefon və bir çanta olub. Əşyaları da çantanın içərisinə yerləşdirib. O, 2018-ci ildən gömrük orqanlarında xidmətə başladığını, 2024-cü ilin yanvar ayında öz ərizəsi ilə vəzifədən azad olunduğunu deyib. İdmançı gömrük orqanlarında sonuncu dəfə Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Sərnişin şöbəsində inzibatçı vəzifəsində çalışıb. Onun fikrincə, bu ittiham ona qarşı qərəzin nəticəsidir.

Məhkəmənin qərarı ilə baş məşqçi bir il müddətinə aksiz markası ilə markalanmalı olan məhsulların satış fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə, 2000 manat cərimə edilib.

Çamadanında aşkar edilən 50 qutu "Vozol Vista 20000" markalı elektron siqaret və 18 qutu "Parliament platinum" markalı siqaret dövlət nəfinə müsadirə olunub.

Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.(Qaynarinfo)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam