Redaktor seçimi
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
Günün xəbəri

Minsk Qrupundan YENİ XƏBƏR:Dekabra qədər buraxılacaq

minsk-qrupunun-dekabra-qeder-buraxilmasi-planlasdirilir

“Rusiya Azərbaycan və Ermənistanın ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı birgə qərarını dəstəkləyir”.

Yenixeber.org: Bunu “RBK” portalına açıqlamasında Rusiyanın ATƏT yanında daimi nümayəndəsi Aleksandr Lukaşeviç deyib. 

Onun sözlərinə görə, Minsk Qrupunun bu ilin dekabrına qədər tam ləğvi planlaşdırılır.

Lukaşeviç həmçinin qeyd edib ki, burada söhbət üç institutun – Minsk Qrupunun, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi vəzifəsinin və Yüksəksəviyyəli Planlaşdırma Qrupunun işinin dayandırılmasından gedir. 

“Həmin təsisatların saxlanılmasının məqsədəuyğun olmamasına dair tərəflərin mövqeyini nəzərə alaraq, onların ləğvinə əngəl olmaq üçün hər hansı əsas görmürük”, - o bildirib. 

Qeyd edək ki, bundan əvvəl Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 1-də Minsk Qrupunun buraxılacağına dair qərarın veriləcəyinin gözlənildiyini bildirmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam