Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Aİ-nin Ukraynaya yardımı açıqlandı -MƏBLƏĞ

Avropa İttifaqı Ukraynaya Rusiya ilə müharibə başlayandan bəri ümumilikdə 168,9 milyard avro yardım göstərib və bunun 59,6 milyard avrosu silah tədarükünə yönəldilib.

Yenixeber.org: Bu barədə Avropa Komissiyası məlumat yayıb.

Avropa İttifaqının və onun üzv dövlətlərinin Ukraynaya göstərdiyi 168,9 milyard avro məbləğində ümumi yardımın 59,6 milyard avrosu Ukraynanın hərbi əməliyyatları davam etdirmək qabiliyyətini dəstəkləmək məqsədilə silah və hərbi texnikanın alınmasına sərf olunub. Bu vəsait həm ikitərəfli tədarükləri, həm də Avropa Sülh Fondu vasitəsilə həyata keçirilən alışları əhatə edir.

Avropa Komissiyası ümumi məbləğə 17 milyard avronu da daxil edib. Bu vəsait birbaşa Kiyevə yox, Aİ ölkələrinə ukraynalı qaçqınların qəbul edilməsi və yerləşdirilməsi məqsədilə ayrılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam