Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

“Nar” eşitmə məhdudiyyətli insanlar üçün peşə təlimlərinə başlayır

  •   

"Nar” fiziki məhdudiyyətli insanlara dəstək və onların cəmiyyətə inteqrasiyası üçün korporativ sosial məsuliyyət (KSM) layihələrini davam etdirir. Mobil operator eşitmə məhdudiyyətli insanların müxtəlif ixtisaslara yiyələnməsi və onların işlə təmin olunması üçün növbəti “Təlim məktəbi” layihəsinə start verir.

Yenixeber.org: “Karlara Dəstək” İctimai Birliyi ilə birgə reallaşacaq layihə çərçivəsində üç qrupdan ibarət olan vətəndaşlar üç aylıq peşə kurslarında təlim keçəcəklər. İştirakçılar aşpaz, şirniyyat ustası, motorçu və s. kimi ixtisaslara yiyələnəcəklər. Layihə təcrübəli mütəxəssislər tərəfindən aparılacaq.

Qeyd edək ki, “Nar” tərəfindən təşkil edilən “Təlim məktəbi” layihəsi eşitmə məhdudiyyəti olan insanların yeni bacarıqlar əldə etməklə cəmiyyətə inteqrasiyasına dəstək olmaq məqsədi daşıyır.

“Nar”-ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundovun sözlərinə görə, mobil operator fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiya olunması üçün uzun müddətdir ki, uğurlu layihələr icra edib: “Artıq 3 ildən çoxdur ki, eşitmə məhdudiyyətli insanlar üçün bu cür təlimlər təşkil etməklə, onların müxtəlif peşəyə yiyələnməsinə və iş bacarıqlarının artmasına töhfə veririk. Məqsəd fiziki məhdudiyyətli şəxslərə mənəvi dəstək göstərməklə yanaşı, onları cəmiyyətə inteqrasiya etməkdir. Layihə ilkin olaraq paytaxtda yaşayan eşitmə məhdudiyyətli insanları əhatə edəcək. Gələcəkdə isə bütün bölgələrdən olan eşitmə məhdudiyyəli şəxslər üçün peşə təlimlərinin keçirilməsini nəzərdə tuturuq”.

“Karlara Dəstək” İctimai Birliyinin sədri Kamran Abasov isə bildirib ki, eşitmə və danışma məhdudiyyəti olan insanların cəmiyyətə inteqrasiya olunması istiqamətində mövcud olan problemlərin həlli cox vacibdir: “Əsas məqsədimiz bu insanların normal həyata qaytarılmasına, sosial və maddi, hüquqi, mülki və qanunvericiliklə bağlı problemlərinin həllinə kömək etməkdir. Eşitmə məhdudiyyətli insanlar müəyyən peşəyə yiyələnməklə həyatlarını maddi və mənəvi cəhətdən asanlaşdırır. “Təlim peşəsi” layihəsi eşitmə məhdudiyyətli insanların təhsil almasından sonra işlə təmin olunmasına yardım edəcək.”

“Nar”-ın korporativ sosial sosial məsuliyyət (KSM) strategiyası haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam