Ərdoğan ŞƏT sammitində iştirak edə bilər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın avqustun sonunda Çində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcəyi gözlənilir.
Yenixeber.org xəbər verir ki, bu barədə Rusiya KİV-ləri türkiyəli diplomatik mənbəyə istinadən məlumat yayıb.
"Böyük ehtimalla, prezident iştirak edəcək", - o bildirib.
Qeyd edək ki, ŞƏT sammiti 31 avqust - 1 sentyabr tarixlərində Yantszində keçiriləcək.