Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İşğaldan azad olunmuş ərazilərimizin -futbol infrastrukturu

İşğaldan azad olunmuş ərazilərimizin futbol infrastrukturu

Erməni işğalından azad edilmiş Azərbaycan rayonlarında yenidən futbol olacaq.

Yenixeber.org: Bununla bağlı AFFA hələ noyabrın əvvəlində rəsmi açıqlama yayıb.

Milli assosiasiyanın məlumatında Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarını və Şuşa şəhərini təmsil edən komandaların 2021/2022 mövsümündən AFFA-nın təşkilatçılığı ilə keçirilən Region Liqası turnirində iştirak edəcəyi bildirilib. Həmçinin, həmin klubların federasiyanın təşəbbüsü ilə yaradılacağı qeyd olunub.

Təbii ki, bunun üçün həmin ərazilərdə müəyyən səviyyədə infrastruktur olmalıdır. Düzdür, Region Liqası həvəskar statusu daşıdığından, orada iştirak edən komandaların bazasının və ya müasir standartlara cavab verən stadionlarının olması elə də vacib deyil.

Amma separatçı rejimin rəhbərliyi işğaladək azərbaycanlıların daha çox yaşadığı ərazilərdə, o cümlədən Şuşa şəhərində nəinki stadion tikiblər, hətta əvvəldən mövcud olmuş infrastrukturu da dağıdıblar.

İşğala qədərki futbol

 

Əslində işğaldan əvvəl, hələ sovet dövründə Qarabağ bölgəsində peşəkar futbol klubları, stadionlar, infrastruktur olub. Məsələn, Ağdam və Xankəndidə “Qarabağ”, Cəbrayılda “Xudafərin” adlı komandalar fəaliyyət göstərib. Ağdam təmsilçisi uzun illər həm daxili, həm də SSRİ miqyaslı yarışlarda çıxış edib. Xankəndi komandası isə daha çox daxili yarışlarla qüvvəsini sınayıb. Bu klub SSRİ çempionatının II Liqasında və ittifaq kubokunda da mübarizə aparıb. 1989-cu ilədək “Çinar” adlanan “Xudafərin” isə daha çox Azərbaycan çempionatının I Dəstəsindəki çıxışı ilə tanınıb. 1992-ci ildə dağılan komanda 2013-cü ildə yenidən təsis edilib.

Cəbrayılın Azərbaycanın peşakər futbol yarışlarında daha bir təmsilçisi isə "Mərcanlı" klubu olub. Komanda 1992-ci il mövsümündə I Divizionda mübarizə aparıb. Lakin "Mərcanlı" 7 oyundan sonra çempionatdan çıxdığı üçün nəticələri ləğv olunub. Müəyyən dövrlərdə Füzulinin “Tufan” və “Ərgünəş”, Zəngilanın “Çinar” və “Süsən” komandaları da mövcud olub. Amma bu kollektivlər “Qarabağ” və “Xudafərin” səviyyəsinə yüksələ bilməyib. Qarabağın digər rayonlarında isə respublika miqyasında komanda olmayıb.

Stadionlar: Xankəndi şəhər stadionu

Xankəndini təmsil edən “Qarabağ” ev oyunlarını şəhərin eyniadlı arenasında keçirib. Xankəndi şəhər stadionunun inşasına 1955-ci ildə başlanılıb və cəmi 1 il sonra istifadəyə verilib. İlk dəfə İosif Stalinin adı ilə adlandırılan arena bir neçə il sonra Stepanakert stadionu olub. 1991-ci ildə şəhərin tarixi adı qaytarıldıqdan sonra yenidən Xankəndi şəhər stadionu adlandırılıb. Əvvəlcə 3 000 azarkeş tutumuna malik olan arena hələ də işlək vəziyyətdədir. Çünki 2004-cü ildən qondarma “Dağlıq Qarabağ Respublikası"nda futbol üzrə çempionat təşkil olunurdu. Əvvəlcə 12 komandanın mübarizə apardığı birincilikdə Xankəndini təmsil edən “Lernain Artsax” klubu öz ev oyunlarını məhz bu stadionda keçirirdi. Sonradan arenanın azarkeş tutumu artırılaraq, 15 000 nəfərə çatdırılıb.

“İmarət” stadionu

1952-ci ildə əsası qoyulan arena əvvəlcə “Şəfəq” komandasının oyunlarına ev sahibliyi edib. “İmarət” ilk vaxtlarda kənd stadionu kimi fəaliyyət göstərsə də, “Şəfəq”in 1987-ci ildə “Qarabağ” adlandırılmasından və SSRİ çempionatında iştirakından sonra rayonun futbol həyatında daha önəmli roy oynamağa başlayıb. Bunadək stadionda tribuna birtərəfli olub. Komandanın oyununa maraq artdıqdan sonra qapıların arxasında 12, ön tərəflərdə isə 16 sıralıq tribunalar tikilib.

"İmarət"in əsas qapısı Kommunist küçəsi tərəfdən olub. Ora milli ornamentlərlə "İmarət" yazılıb. Stadionun əsas girişinə daxil olanda sol tərəfdə restoran və futbolçuların bazası yerləşib. Arenanın arxa girişi isə Füzuli küçəsindən başlayıb. Stadionun yaxınlığında Xurşidbanu Natəvanın heykəli olub. "İmarət"in direktoru erkən illərdə tanınmış şair German Hüseynovun atası Əli Hüseynov olub. O, dünyasını dəyişəndən sonra isə Asif Mustafayevi direktor təyin ediblər. Mustafayev bu il vəfat edib. Hər iki şəxsin stadionun mühafizəsində, onun abadlaşdırılmasında müəyyən xidmətləri olub.

“İmarət”də son oyun 1993-cü il mayın 12-də Azərbaycan Kubokunun yarımfinalına təsadüf edib. “Qarabağ” həmin qarşılaşmada Tovuzun “Turan” komandasını qəbul edib. Ağdamlıların 1:0 hesabı ilə qalib gəldiyi matçda yeganə qolu Yaşar Hüseynov vurub. Bu, eyni zamanda “İmarət” stadionunda son qol kimi tarixə düşüb. Arenanın azarkeş tutumu barədə dəqiq məlumat olmasa da, “Turan”la oyunu 8-10 min tərəfdar izləyib. “İmarət” stadionu 1993-cü ilin iyununda Ağdam uğrunda döyüş zamanı Ermənistan Silahlı Qüvvələrinin artilleriyası tərəfindən iki dəfə mərmi zərbərlərinə məruz qalaraq, yarasız vəziyyətə salınıb.

“Xudafərin” stadionu

XX əsrin 70-ci illərinin əvvəlində istifadəyə verilmiş arena 6 min azarkeş tutumuna malik olub. Stadion üz-üzə yerləşən iki böyük tribunadan ibarət olub. Rayonun Dəyirmandərəsi adlanan yuxarı hissəsindəki arenada yerli “Xudafərin” komandası ev oyunlarını keçirib. Stadionun ərazisində ikimərtəbəli inzibati bina və üçmərtəbəli mehmanxana olub. Qarabağ müharibəsi başladıqdan sonra “Xudafərin” fəaliyyətini dayandırıb, arena isə döyüş sursatı anbarına çevrilib.

Futbol meydanının ərazisi işğaldan sonra əkin sahəsinə çevrilib. Həmin ərazidən bostan məhsullarının, əsasən də kartof-soğanın əkilməsi üçün istifadə olunub. Rayon ərazisində cəmi bir salamat futbol meydançası qalıb ki, bu da ermənilərin şəhər mərkəzindəki hərbi hissəsinin yaxındığında tikilən qurğudur. Bu kiçik arena hərbçilərin və onların ailə üzvlərinin istifadəsi üçün nəzərdə tutulmuşdu. İşğaldan öncə Cəbrayılda “Xudafərin”lə yanaşı, Mərcanlı kənd stadionu da olub.

Qubadlı şəhər stadionu

Adında şəhər sözü olsa da, bunu kənd stadionu adlandırmaq daha yerinə düşər. Mənbələrdə arena barədə demək olar ki, məlumat yoxdur. Sadəcə, stadionun ot örtüyünün təbii olduğu, tribunaların isə olmadığı bilinir. Qubadlıda futbola böyük maraq olub. Rus imperiyası dövründə rayonda bir neçə komanda yaradılıb. Lakin onlar daha çox həvəskar səviyyədə fəaliyyət göstəriblər. Uşaq komandaları respublika əhəmiyyətli turnirlərdə, o cümlədən “Sevinc Kuboku”nda iştirak ediblər. Böyüklər isə əsasən Zəngilan, Füzuli, Cəbrayıl komandalarının qatıldığı turnirlərdə qüvvəsini sınayıb.

Belə turnirlərdən başqa, Qubadlının öz daxili çempionatı da olub. 1980-ci illərdə milli qəhrəman Əliyar Əliyevin “Məhsul” İdman Cəmiyyətinin nəzdində yaratdığı “Bərgüşad” rayonun ən güclü komandalarından idi. Həmçinin Muradxanlı, Xanlıq, Dəmirçilər kəndlərinin komandaları da bölgədə seçiliblər. Qubadlı çempionatında çox vaxt bu komandalar medallar uğrunda mübarizə aparıblar. Rayon işğal olunanadək orada futbol olub. Hətta müharibə getdiyi dövrdə belə yarışlara ara verilməyib.

Separatçı rejimin qondarma çempionatı

Yuxarıda da qeyd etdiyimiz kimi, Qarabağ erməni işğalı altında olarkən bölgədə qondarma çempionat keçirilib. 2018-ci ildə “Artsax liqası” adlanan yarışda əvvəlcə 8, növbəti il 12 komanda mübarizə aparıb. Bunların 3-ü (“Artsax” U-21, “Lernain Artsax”, “Yerazank”) Xankəndini, 2-si (“Avo”, “Berd Çartar”) Xocavəndi, 2-si (“Qandsazar”, “Mijnaberd”) Kəlbəcəri, digərləri isə Laçını (“Berdzor”), keçmiş Əsgəranı/hazırkı Xocalını (“Berd Əsgəran”), Hadrutu (“Dizak”), Ağdərəni (“Craberd”) və Şuşanı (“Kirs”) təmsil edib. Sonuncu klub istisna olmaqla, digər 7 komanda yerli "liqa" tərəfindən maliyyələşdirilir. "Kirs" klubuna "Pünik"in prezidenti Artur Soqomonyan sponsorluq edir.

İkinci Qarabağ müharibəsi başlayanadək "çempionat"ın oyunları 4 stadionda keçirilirdi. Bunlar Xankəndi, Xocavənd, Ağdərə və Xocalı şəhər stadionlarıdır. Xankəndi şəhər stadionunun azarkeş tutumu 15 000 nəfər olsa da, bəzi matçlarda bu rəqəmin 17 minə çatdığı bildirilir. Xocavənd şəhər stdionunu 800 azarkeş tutumuna malikdir. Ağdərədəki stadion 2019-cu ildə qondarma respublikada keçirilmiş "Tanınmamış ölkələrin Avropa çempionatı" üçün təmir edilib və 3 000 nəfərlik tribunalar quraşdırılıb.

Ermənilər Qarabağda daha 2 arena inşa etməyin planlarını cızırlar. Bunlardan biri Xocavənddə, digəri isə Əsgəranda olmalıdır. 44 günlük müharibədəki biabırçı məğlubiyyətə baxmayaraq, "liqa" rəhbərliyi 2021-ci ilin martında qondarma çempionatda yeni mövsümə start verməyin xəyalını qururlar... (report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam