Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ramiz Rzayev vergi borcunu ödəmir?

Rusiyanın “Pera Plastik Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin vergi borcu 10 milyona çatır.
Yenixeber.org:  MMC-nin dövlətə külli miqdarda vergi borcu yaranıb.
İllər keçsə də, MMC borcunu ödəmir.
Nizamnamə kapitalı sıfır manat olan şirkətin qanuni təmsilçisi Rzayev Ramiz Bilal oğludur.
Maraqlıdır ki, Ramiz Rzayev həmçinin “Kasxim” Məhdud Məsuliyyətli Ortaqlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin də qanuni təmsilçisidir. Bu şirkətin də 800 min manatdan çox vergi borcu var. Ramiz Rzayevin qanuni təmsilçisi olduğu “Kasxim” şirkəti 2023-cü ildə 2 milyondan çox olan vergi borcunu azalda bilib.
Hazırda Ramiz Rzayevin iki şirkət üzrə vergiyə olan borcu 10 milyon manatdan çoxdur.
Bundan başqa, Ramiz Rzayevin qanuni təmsilçisi olduğu şirkətlərdən biri də “PERA INDUSTRIES” MMC-dir. Bu MMC ilə bağlı isə diqqət çəkən başqa məqam var. Belə ki, MMC-nin nizamnamə kapitalı 64 milyon manat olduğu halda birdən-birə 12.5 manata qədər azalıb.(musavat)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam