Redaktor seçimi
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Günün xəbəri

Naxçıvanda iki avtomobil toqquşub -Dörd nəfər xəsarət alıb

 

Naxçıvanda yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər xəsarət alıb.

Yenixeber.org xəbər verir ki, avtoqəza Naxçıvan-Şahbuz magistralının Babək rayonunun Uzunoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Maple" və "Mitsubishi" markalı avtomobillər toqquşub. Nəticədə Babək rayonunun Didivar kəndinin sakinləri - 1973-cü il təvəllüdlü Ziyafət Əsgər oğlu Məmmədov və onun oğlu, 1998-ci il təvəllüdlü Əsgər Ziyafət oğlu Məmmədov, eyni zamanda, Sara Səfərəli qızı Paşayeva və Faiq Qulam oğlu Paşayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam