Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Günün xəbəri

Əhməd əş-Şaraa:Suriya separatçı layihələr üçün meydan deyil

 

Suriya separatçı layihələr üçün meydan deyil.

Yenixeber.org xəbər verir ki, bunu ölkə Prezidenti Əhməd əş-Şaraa Süveyda əyalətindəki vəziyyətlə bağlı bəyanatında bildirib.

Prezident vurğulayıb ki, bütün druz icmasını ayrı-ayrı şəxslərin hərəkətlərinə görə mühakimə etmək olmaz, Süveyda sakinlərinin əksəriyyətinin dövləti dəstəklədiyini, kiçik bir qrupun etiraz etdiyini qeyd edib.

O, Suriyanın ərazi bütövlüyünə dəstəyinə görə ABŞ-a təşəkkür edərək bildirib: ”Suriya separatçı layihələr üçün meydan deyil”.

Əhməd əş-Şaraa qəhrəmanlıq mövqeyinə görə qəbilələrə təşəkkür edərək rəsmi mövqeyi müdafiə edənləri dərhal atəşkəsə çağırıb.

Xatırladaq ki, Azərbaycanın Xarici İşlər Nazirliyi də ötən gün Suriyanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə dair bəyanat yayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam