Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Azərbaycanda fəaliyyət göstərən vəkillərin sayı 2701 nəfərə çatıb

 

Azərbaycanda fəaliyyət göstərən vəkillərin sayı 2701 nəfərə çatıb.

Yenixeber.org xəbər verir ki, bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov iyunun 25-də Bakıda “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən qurumun Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin andiçmə mərasimində deyib.

Onun sözlərinə görə, 2018-ci ildən bu günədək vəkilliyə qəbul üzrə ümumilikdə 14 test imtahanı təşkil olunub:

"Bu müddət ərzində imtahanlarda iştirak edən 6070 namizəddən 1820 nəfər uğur qazanaraq icbari təlim mərhələsini başa vurub və and içərək Vəkillər Kollegiyasının üzvü olub. Bugünkü mərasimdə isə daha 92 namizəd vəkil andı içərək quruma qəbul olunub. Bununla da ölkədə fəaliyyət göstərən vəkillərin sayı 2701 nəfərə çatıb. Namizədlərdən 60 nəfəri kişi, 32 nəfəri isə qadındır. Onlardan 20 nəfəri regionlarda, 72 nəfər isə paytaxtda fəaliyyət göstərəcək. Beləliklə, qadın vəkillərin sayı 580 nəfərə çataraq ümumi üzvlərin 21 faizini təşkil edəcək. Eyni zamanda bir hüquq elmləri doktoru vəkilliyə qəbulla bağlı andiçmə mərasimində iştirak edib".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam