Qətər İranla bağlı vəziyyətin nizamlanması üçün dialoqu bərpa etmək üzərində işləyir
Qətər İranla İsrail arasındakı münaqişənin nizamlanması məqsədilə bütün tərəflər arasında dialoqu bərpa etmək üçün diplomatik səylər göstərir.
Yenixeber.org xəbər verir ki, bu barədə Qətərin Baş naziri, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani bildirib.
O, İstanbulda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşü zamanı bir sıra məsələlərə toxunub.
Qətərin Baş naziri vurğulayıb ki, Doha tərəfdaşları ilə birlikdə mübahisəli məsələlərin həlli məqsədilə bütün tərəflər arasında dialoqu bərpa etmək üçün fəal şəkildə səy göstərir.
O bir daha qeyd edib ki, Qətər İsrailin zərbələrini qətiyyətlə pisləyir.