Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Səudiyyədə “dövlət çevrilişi”-31 yaşlı qorxulu və çılğın siyasətçi taxt-taca necə varis oldu?

Yenixeber.org:  Səudiyyə krallığında faktiki olaraq dövlət çevrilişi baş verdi. 81 yaşlı kral Salman bin Əbdüləziz dünən Məhəmməd bin Naifi varislikdən çıxararaq onun yerinə 31 yaşlı oğlu Məhəmmədi təyin etdi. Buna qədər Məhəmməd bin Salman ölkənin müdafiə naziri postunu tuturdu. Naif isə uzun illər krallığın təhlükəsizlik strukturlarına rəhbərlik etmişdi, həmçinin ölkənin daxili işlər naziri idi.

Son qərarı ilə kral onu nazir postundan da məhrum etdi. Məhəmməd bin Naif 2000-ci illərin əvvəllərində "Əl-Qaidə" strukturlarının dağıdılmasında böyük rol oynayıb. 2009-cu ildə onun qəbuluna gələn "Əl-Qaidə"çi kamikadzenin özünü partlatması ilə ağır yaralanmışdı. Onun varislikdən çıxarılması krallıqda yaranmış"xüsusi vəziyyətlə" izah olundu, detallar ictimaiyyətə açıqlanmadı.

 

Bioqrafiya

 

Məhəmməd bin Salman

Taxt-tacın yeni varisi Məhəmməd bin Salman 1985-ci ilin 31 avqustunda anadan olub. O, kral Salman bin Əbdüləzizin üçüncü arvadından olan oğludur. Cəmi bir dəfə evlənən şahzadənin iki qız övladı var. 

Hələ 12 yaşındaykən Məhəmməd bin Salman hökumətin iclaslarında iştirak edirdi. 17 il sonra Salman müdafiə naziri təyin olundu. Və ölkəsini sonu görünməyənYəmən savaşına sürüklədi. Bu kimi qərarlarına görə Salmanı dünyanın ən təhlükəli siyasətçilərindən hesab edənlər var.

Gənc şahzadə Qərb birjalarında səhm ticarəti aparırdı. Və deyilənlərə görə, bu illər ərzində özünə çox böyük sərvət toplaya bilib.

Ögey qardaşlarından fərqli olaraq Məhəmməd təhsil üçün Qərbə üz tutmadı. Və Ər-Riyaddakı universitetdə oxumağa üstünlük verdi. Tələbə yoldaşları və müəllimləri onu içki içməyən, bütün vaxtını işlərinə həsr edən ciddi insan kimi xatırlayır.  

Müdafiə naziri təyin olunandan sonra Məhəmməd milli energetika şirkəti olan"Armaco"ya nəzarəti tam ələ keçirdi. Bürokratik sistemin altını üstünə çevirən şahzadə tənbəl məmurların kabusuna çevrilmişdi. Artıq nazirlikdə hamı işə səhər tezdən gəlir, qaydalara əməl etməyənlər cəzalandırılırdı. 

Yuxulu Ər-Riyad enerji dolu şəhərə çevrilmişdi. Gənclər şahzadəyə qibtə edirdilər. Ümumiyyətlə gənclər arasında onun nüfuzu çox böyükdür.Statistikaya görə, ölkə əhalisinin 70 faizi Məhəmməd bin Salmanın qərarlarını dəstəkləməyə hazırdır. O cümlədən də savaş qərarını.

Gənc, ambisiyalı şahzadə Yəmən savaşı ilə özünü bir növ təsdiqləməyə çalışırdı. Səudiyyəli hərbçilər ən müasir silahlarla təmin olunmuşdu. Yəmən savaşınamilyardlar xərclənirdi. Şahzadə necə səxavətli olduğunu təkcə rəqiblərinə yox, müttəfiqlərinə də nümayiş etdirmək istəyirdi. 

Hədəfdə tezliklə qələbə qazanmaq vardı. Bu, Məhəmmədə hərbi lider statusu qazandıracaq, adının babası İbn Səudla – qüdrətli savaşçı kralla bir sırada çəkilməsini təmin edəcəkdi. 

Yəmən savaşı gözlənildiyindən uzun çəkdi və Səudiyyə xaricdən muzdlu döyüşçülər cəlb etmək məcburiyyətində qaldı. Lakin şahzadə yeni geri çəkilmədi və 34 müsəlman dövlətinin iştirakı ilə terrorizmə qarşı mübarizə şurasının yaradıldığını elan etdi.

Şahzadə Məhəmməd son iki ildə krallığın xarici siyasətində baş verən bütün fundamental dəyişikliklərin müəllifidir. Onun müdafiə naziri postuna gəlişindən sonra xarici siyasətdə radikal və aqressiv xətt hakim oldu.

Bir müddət əvvəl yaranmış Qətər böhranı da onun adı ilə bağlıdır. ŞahzadəQətərlə təcrid siyasətinin və bu ölkə ilə münasibətləri dayandırmaq ideyasının təşəbbüskarıdır.

Yeni varislə Trampın görüşü

O, həmçinin ABŞ prezidenti Donald Trampın Səudiyyəyə səfərinin də əsas təşkilatçısı oldu. Səfərlə bağlı bütün hazırlıq işlərinə birbaşa özü nəzarət edirdi.

Yeni varis elan olunan kimi hərbçilərə və dövlət qulluğunda çalışanlara bonus və əlavə ödənişlər edilməsi kimi, imtiyazların bərpası haqda sərəncam verildi. Bu imtiyazlar krallıqdakı mürəkkəb iqtisadi vəziyyətlə bağlı ləğv olunmuşdu. 

Məhəmməd bin Salman eyni zamanda İqtisadi Şuranın da rəhbəridir. Ötən il o, iqtisadi islahatlarla bağlı – krallığın neft gəlirlərindən asılılığını aradan qaldırmağa hesablanan iddialı konsepsiya irəli sürdü. 

Bu konsepsiyanın reallaşması ölkə vətəndaşlarının artıq 2020-ci ildən neftsiz yaşamasına imkan verəcək. Beynəlxalq Valyuta Fondu konsepsiyanı iddialı adlandırsa da, onun reallaşmasının çətin olacağını bildirdi.

Krallıq İranla gərginliyi hələ də davam etdirir. Ötən ay şahzadə Məhəmməd Səudiyyənin İranla hər hansı dialoq qura biləcəyini istisna etdi. Bu ölkələr iki ayrı münaqişədə (Suriya, Yəmən) də qarşı cəbhədə yer alırlar. 

Səudiyyə hökuməti tanınmış şiə alimi Nimr ən-Nimri edam edəndən sonra iki ölkə arasında gərginlik bir qədər də artdı.

Bu arada, İran KİV-ləri Məhəmmədin varis təyin edilməsini "yumşaq çevriliş"kimi qiymətləndirib.

 

Köhnə varis Qətərin güdazına getdi?

 

Məhəmməd bin Naif

Gənc şahzadə əzmlə Yaxın Şərqin ən güclü lideri olmaq uğrunda savaş aparır. Ekspertlər deyir ki, o, həqiqətən babasının yolunu getməyə qərarlıdırsa, dünyanı yaxşı heç nə gözləməyəcək. Və sünni Səudiyyənin şiə İrana qarşı hərbi konfrontasiyası onsuz da məzhəb ədavətinin  getdiyi regionda növbəti münaqişəyə səbəb olacaq.  

Ərəbşünas ekspert Leonid İsayev varis dəyişikliyinin səbəbi ilə bağlı maraqlı ehtimallar irəli sürüb. Onun qənaətinə  görə, məlum qərar həm də Qətər amili ilə bağlıdır: "Məhəmməd bin Naif kökləri Qətərin ət-Tani ailəsinə gedən klanın üzvü idi. Onun ətrafı Qətərlə yaxın münasibətlərdə idi və hətta bəziləri Qətərin lobbiçiləri kimi tanınırdı. Səudiyyə-Qətər böhranı yarananda belə məlum oldu ki, ölkənin daxili işlər naziri, həmçinin antiterror faəliyyətinə məsul olan şəxs "Körfəzdə terrorizmin əsas sponsoru" ilə yaxın münasibətlərdədir. Məhz buna görə də böyük təzyiqə məruz qaldı və hakimiyyətdən kənarlaşdırıldı. Yeni varis Məhəmməd bin Salman eyni zamanda krallıqda baş nazirin birinci müavini postuna da təyin olunub. Və bununla da faktiki olaraq Səudiyyə Ərəbistanının rəhbərinə çevrilib".


Ekspert Məhəmməd bin Salmanın krallığa sabitlik gətirəcəyinə inanmır: "O, hələ çox gəncdir və təcrübəsizdir. Ambisiyalı və emosionaldır. Onunla danışıq aparmaq çətindir. Onda praqmatizm çatışmır. Götürək elə "Yəmən dosyesi"ni. Üç onillik boyu bu dosye ehtiyatlılığı və praqmatizmi ilə tanınan köhnə Səudiyyə qvardiyasının əlində idi. Onlar vəziyyəti peşəkarcasına idarə edirdilər. Elə ki məsələyə nəzarət Məhəmməd bin Salmanın əlinə keçdi, hər şey üzüaşağı getdi. Suriya və Yəməndəki məğlubiyyət, Səudiyyə bloku daxilində böhran və ucuz neft qiymətləri fonunda yerli əhali Məhəmməd bin Salman kimi avantürist kralın – "səudiyyəli Trampın" onlara rəhbərlik etməsinə icazə verməməlidilər. Artıq bir çox ərəblər onu krallığın Trampı adlandırır. Avantürist gənc kralla danışıq aparmaq çətin olacaq. O çox ambisiyalıdır və nəsə ürəyincə olmayanda çox rahatlıqla kəskin addımlar ata bilən adamdır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam