Redaktor seçimi
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
Günün xəbəri

Prezidentin köməkçisi: Azərbaycana kömək yox, əməkdaşlıq və tərəfdaşlıq lazımdır

 

Avropa İttifaqının tam olaraq nə istədiyi bilinmir.

Yenixeber.org xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC 2025” forumunda “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Həyat Xətti” mövzusunda keçirilən paneldə danışıb.

H.Hacıyev vurğulayıb ki, Azərbaycana kömək yox, əməkdaşlıq və tərəfdaşlıq lazımdır:

“Çünki bizim öz investisiya imkanlarımız var və güclü əməkdaşlıqlarımız var. Türkiyə, Azərbaycan və Gürcüstan vasitəsilə Bakı-Tbilisi-Qars layihəmizə baxın. Açığı, biz bu layihəyə başlayanda Avropa və Amerika fondları bu layihənin maliyyələşdirilməsini dayandırdı. Amma biz bunu öz hesabımıza qarşılamağa qərar verdik və bu layihəni həyata keçirdik. Biz həmçinin bütün əsas nəqliyyat infrastrukturu sistemimizi Mərkəzi Asiyadakı qardaşlarımızla əlaqələndirdik. Həmçinin bu gün Çin, Qırğızıstan və Özbəkistanla birlikdə öz dəmir yolu sistemini qurur və bu da Mərkəzi Asiyaya çatmaq üçün 900 kilometrlik qısa yol yaradacaq”.

Prezident köməkçisi bildirib ki, Trans-Xəzər vasitəsilə bütün bu proseslər əlaqələndirilir:

“Amma hazırda sualım budur ki, Avropa İttifaqı haradadır? Bəli, tərəfdaş kimi siz bizə qoşula bilərsiniz, amma hələ də biz Avropa İttifaqının nə istədiyini dəqiq görmürük. TRASEKA vacib layihədir, bizlərə müəyyən dərəcədə töhfə verib, amma bu, bir az köhnə şüşədə köhnə şərabdır. Bizə yeni şüşədə yeni şərab, yeni yanaşma, yeni strategiya lazımdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam