Redaktor seçimi
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Günün xəbəri

Benzia, Andrade və Veşoviç “Qarabağ”dan gedib

Benzia, Andrade və Veşoviç “Qarabağ”dan gedib
"Qarabağ"ın monteneqrolu futbolçusu Marko Veşoviç klubdan ayrılıb.

Yenixeber.org: Bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında razılaşmaya əsasən, 33 yaşlı yarımmüdafiəçinin başa çatan müqaviləsi uzadılmayıb.

Xatırladaq ki, "köhlən atlar" daha əvvəl Yassin Benzia və Patrik Andrade ilə vidalaşdığını açıqlamışdı.

Qeyd edək ki, Veşoviç bu mövsüm "Qarabağ"ın heyətində ümumilikdə 31 oyuna çıxıb. Oyunçu bu qarşılaşmalarda 3 asistlə yadda qalıb.

Bundan başqa Ağdamın təmsilçisi Patrik Andrade ilə də yollarını ayırıb. Kabo-verdeli yarımmüdafiəçinin klub ilə müqaviləsi başa çatıb.

Patrik Andrade ötən mövsüm "Qarabağ"ın heyətində meydana çıxdığı 39 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Azərbaycan çempionunun yollarını ayırdığı bir digər oyunçu isə Yassin Benzia olub.

Klub əlcəzairli yarımmüdafiəçi ilə başa çatan müqaviləsini yeniləməyib.

Qeyd edək ki, Yassin Benzia 2023-cü ilin yanvar ayından "Qarabağ"da çıxış edirdi.

Əlcəzair millisinin üzvü bu müddət ərzində komandanın heyətində meydana çıxdığı 104 rəsmi matçda 28 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.(apasport.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam