Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

"İnanıram ki, yüksək motivasiya futbolçulara müsbət mənada təsir göstərəcək"

 

İnanıram ki, yüksək motivasiya futbolçulara müsbət mənada təsir göstərəcək.

Yenxeber.org-un məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Macarıstan yığmasına qarşı keçirəcəkləri yoxlama görüşündən əvvəl mətbuat konfransında deyib.

70 yaşlı mütəxəssis sabah çətin oyuna çıxacaqlarını bildirib:

"Macarıstan yaxşı futbolçulardan təşkil olunmuş komandadır. Hər oyundan əvvəl bütün rəqiblərimizi təhlil edirik. Həmçinin Macarıstanı da yaxşı təhlil etmişik. Onların müdafiədə və hücumda necə oynadıqlarını bilirik. Futbolçularımda yaxşı motivasiya var və inanıram ki, bu hal komandaya müsbət mənada təsir edəcək. Azərbaycan yığmasına qələbə lazımdır. İnanıram ki, sabah maraqlı görüşə şahidlik edəcəyik".

Qeyd edək ki, Azərbaycan - Macarıstan oyunu sabah "Liv Bona Dea Arena"da, saat 20:00-da start götürəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam