Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Polşa nümayəndə heyəti Hərbi İnstitutda olub-FOTO

 

Azərbaycanda səfərdə olan Polşanın Yaroslav Dombrovski adına Hərbi Texnologiyalar Universitetinin ingilis dili müəllimlərindən ibarət nümayəndə heyəti Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib.

Yenixeber.org xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində qonaqlar institutun tarixi və fəaliyyəti ilə yaxından tanış olub, təhsil müəssisəsinin keçdiyi şərəfli yol barədə ətraflı təqdimat izləyiblər. Tədbir zamanı nümayəndələr institutda həyata keçirilən tədris prosesi, tədris proqramları və təlim sisteminin əsas istiqamətləri haqqında məlumatlandırılıblar.

Görüşdə ingilis dili fənninin tədrisi ilə bağlı qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb və nümayəndələrin sualları ətraflı şəkildə cavablandırılıb.

Yekunda nümayəndə heyəti institutun muzeyi ilə də yaxından tanış olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam