Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Araz Musayevdən YENİ XƏBƏR:"Həyatım üçün hələ də ciddi təhlükə var"

Araz Musayev Adil Əliyevin tapşırığı ilə VURULDUĞUNU İDDİA EDİR
Azərbaycan Muay Tay Federasiyasının prezidenti Araz Musayev Türkiyənin Antalya şəhərində müalicə aldığı xəstəxanadan yaxın günlərdə evə buraxılacaq.
Yenixeber.org: Araz Musayev bu barədə şəxsi sosial media hesabından paylaşım edib.
O bildirib ki, Antalyada keçirilmiş dünya çempionatı vaxtı Rusiyadan sifarişlə gətirilmiş şəxslər ona arxadan hücum ediblər, başına bir, qarın nahiyəsinə üç bıçaq zərbəsi vurublar.
A.Musayevin sözlərinə görə, həyatına hələ də ciddi təhlükə var və belə bir vəziyyətdə Azərbaycana qayıdacaq:
"Azərbaycanda qanunlar sərt olduğundan edə bilmədilər, gəlib bunu qardaş ölkədə törətdilər. Hazırda Türkiyədə müalicə aldığım xəstəxananın palatasının qapısında 15-20 polis əməkdaşı dayanıb. Mənə sui-qəsddə şübhəli bilinən 7 nəfər tutulub. Mənim heç kimlə düşmənçiliyim, nifaqım yoxdur. İnanıram ki, bu hadisənin sifarişçisi də öz cəzasını alacaq".
Qeyd edək ki, Araz Musayev mayın 28-də Türkiyənin Antalya şəhərindəki U-23 dünya çempionatında bıçaqlanıb.
Yenixeber.org olaraq xatırladaq ki, Araz Musayev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin tapşırığı ilə bıçaqlandığını iddia edir:
 “Məni Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin tapşırığı ilə bıçaqlayıblar. Aramızda olan problem isə işlə bağlı olub. Adam Muay-Tay Federasiyasının başına keçmək istəyirdi. Bizim başqa problemimiz olmayıb. Bilirsiniz, federasiyaya təyinat istəklə deyil, seçimlə olur. Bu vaxta kimi mənə qarşı xoş olmayan addımlar atıb, son addım killer tutmaq oldu”.
"Həyatım üçün hələ də ciddi təhlükə var" - Türkiyədə bıçaqlanan federasiya prezidenti

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam