Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

"Pautina" əməliyyatında Rusiyanın 41 təyyarəsi zədələnib -onların yarısı bərpa edilə bilməz

Rusiyanın 41 təyyarəsinin vurulduğu “Pautina” əməliyyatının detalları açıqlanıb Fotolar

“Ukrayna heç zaman müharibə istəməyib. Bununla belə, BMT nizamnaməsi, beynəlxalq hüquq və sağlam insani təfəkkürə uyğun olaraq ölkəmizin bütün vasitələrdən istifadə etməklə öz müstəqilliyini və xalqını qorumaq hüququ var. Ukraynaya hücumlarda İran və Şimali Koreya silahları istifadə olunur”.

Yenixeber.org: Bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

O eyni zamanda, Rusiya tərəfinin indiyədək ölkəsinə minlərlə raket və zərbə dronları, habelə strateji aviasiya vasitəsilə hücumlar həyata keçirdiyini xatırladıb:

“Rusiya həm Şimali Koreya, həm də İranla ittifaq yaradaraq bu ölkələrin silahlarından, əsas da ballistik raketlər, zərbə xarakterli pilotsuz uçuş aparatları və artilleriya vasitəsilə şəhərlərimizə və mövqelərimizə zərbələr endirir. Rusiya tərəfdən Şimali Koreya hərbçiləri də Ukraynaya qarşı döyüşür. Söhbət onların xüsusi təyinatlılarından gedir. Müdafiə olunmaq bizim hüququmuzdur”.

O həmçinin Ukrayna Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi “Hörümçək toru” əməliyyatına da toxunub:

“Mən Ukraynanın Təhlükəsizlik Xidmətinə təşəkkür edirəm. Əsas məsələ ondan ibarətdir ki, “Pautina” əməliyyatı aqressora əhəmiyyətli ziyan və zərbə vurur. Bu isə ədalətin bərpası və gerçək sülhə məcburetmə deməkdir”.

Ukrayna Prezidenti Vladimir Zelenski onu da bildirib ki, "Pautina" əməliyyatı zamanı Rusiyanın 41 təyyarəsi zədələnib ki, onların yarısı bərpa edilə bilməz.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam