Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

Qvineya-Bisau Azərbaycanın enerji sahəsindəki təcrübəsinə maraq göstərir -YENİLƏNİB/FOTO

 

Qvineya-Bisau Azərbaycanın enerji sahəsindəki təcrübəsinə maraq göstərir

Yenixeber.org xəbər verir ki, bu barədə nazir Pərviz Şahbazovla Qvineya-Bisau Respublikasının ətraf mühit, biomüxtəliflik və iqlim fəaliyyəti naziri Viriato Luis Soares Kassama arasında keçirilən görüşdə bildirilib.

Görüşdə Azərbaycanın neft-qaz və bərpa olunan enerji üzrə transsərhəd layihələri və “yaşıl enerji” potensialının inkişafı, eləcə də Qvineya-Bisaunun enerji təminatının yaxşılaşdırılması planları ilə bağlı fikir mübadiləsi aparılıb.

Qvineya-Bisaulu nazir Azərbaycanın enerji sahəsində zəngin təcrübəsinin ölkəsi üçün faydalı olacağını vurğulayıb. Neft-qaz, bərpa olunan enerji layihələrinin həyata keçirilməsi, enerji məsələlərinin tənzimləməsi istiqamətləri üzrə təcrübə və bilik mübadiləsi və kadr hazırlığına dəstək istiqamətlərində əməkdaşlığa maraq ifadə edilib. Bu xüsusda əməkdaşlıq əlaqələrinin qurulması üçün yol xəritəsinin hazırlanması, ekspertlər arasında görüşlərin və seminarların keçirilməsi barədə razılıq əldə olunub.

***
Azərbaycan Qvineya-Bisau Respublikası ilə energetika sahəsində yol xəritəsi hazırlayacaq.

Bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Nazir bildirib ki, Qvineya-Bisau Respublikasının ətraf mühit, biomüxtəliflik və iqlim fəaliyyəti naziri Viriato Luis Soares Kassama ilə görüşüb.

Görüşdə neft-qaz, elektrik enerjisi və enerji tənzimlənməsi sahələrində Azərbaycanın zəngin təcrübəsinin bölüşdürülməsi, eləcə də kadr potensialının inkişaf etdirilməsi üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

Bu çərçivədə ekspertlər arasında görüşlərin təşkili və seminarların keçirilməsi barədə razılıq əldə edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam