Redaktor seçimi
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Günün xəbəri

“Azneft”: Quyu sayının azaldılması əməliyyat xərclərini optimallaşdıracaq

 

Quyu sayının azaldılması ilə əsas xərclərin azalması gələcəkdə əməliyyat xərclərinin də optimallaşdırılmasına şərait yaradacaq.

Yenixeber.org xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus “Azneft” İstehsalat Birliyinin baş direktoru Əli Qurbanov Bakıda keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji beynəlxalq sərgisi çərçivəsində “Hasilat və Əməliyyatlar – innovasiya və dayanıqlıq ilə səmərəliliyin artırılması” panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, “Azneft”də qazma üzrə layihələr uğurla icra edilib: "2024-cü ildən “Qərbi Abşeron” yatağında 20 saylı özüldən qazma işlərinə başlanılıb, 161  163 saylı quyuların planlaşdırıması optimallaşdırılaraq, laya giriş bucağını artırmaqla hazır süzgəclərin uzunluğunu 130 m-ə qədər artırılıb: “2024-cü ilin dekabr ayında qazma işləri uğurla yekunlaşdırılaraq istismara daxil edilib. Bu quyular üzrə hədəf hasilatı 20 ton/gün olduğu halda, optimalaşdırma hesabına orta gündəlik 30 ton neft hasil olunur. 164 saylı quyuda süzgəcin uzunluğu 290 m-ə qədər qaldırılaraq hasilat potensialı 50 ton günə kimi artırılıb. 20 saylı özüldən növbəti qazılan 159, 160  162 saylı quyuda qazma işləri uğurla yekunlaşaraq tamamlamaya hazırlıq işləri aparılır. Quyuda süzgəc hissənin daha da artırılaraq məhsuldar horizontun 300 m-dək hissəsinin hazır süzgəclə tamamlanaraq hasilat potensialı 50-60 ton/günə qaldırılması planlaşdırılıb”.

O qeyd edib ki, “Qərbi Abşeron” yatağında növbəti quyularda süzgəclərin uzunluğunun 300-350 m-ə qədər artırılmaqla yataq üzrə hasilat hədəfləri dəyişdirilmədən quyu sayı optimallaşdırılıb: "Məsələn, 50 saylı özüldən 16 quyunun sayı 11-ə endirilib. Quyu sayının azaldılması ilə əsas xərclərin azalması gələcəkdə əməliyyat xərclərinin də optimallaşdırılmasına şərait yaradacaq. “Neft Daşları” yatağında yeni tikilmiş 1646 saylı özüldən ilk quyu olan 2088 saylı quyunun planlaşdırılması dəyişdirilərək, məhsuldar laya giriş bucağını artıraraq normalda qalınlığı 90 m olan layın neftli zonasını 350 m-ə qədər artırılmasına nail olunub. Bundan başqa quyudan 2 dəfə kern nümunəsi götürülüb və yataqda açıq lülədə müasir geofiziki tədqiqat işləri aparılıb. Belə ki, yataq üzrə ilk dəfə neft əsaslı məhlul ilə qazma, laya giriş bucağının artılması, tamamla məhlulunun dəyişdirilməsi, perforatorun düzgün seçimi quyudan gündəlik 10-15 ton neft hasilatı gözləndiyi halda, quyu gündəlik 80 ton neft və 6900 m3 qaz hasilatı ilə istismara daxil edilib".

Ə.Qurbanov deyib ki, “Neft Daşları” yatağında 1 646 saylı meydançada və gələcəkdə qazılacaq quyuların optimallaşdırılması davam etdirilərək süzgəclərin tətbiqi ilə horizontal quyuların qazılaraq hasilat hədəfləri 80-100 ton/günə qədər qaldırılması planlaşdırlır: "Hazırda bütün yataqlar üzrə yeni quyuların planlaşdırılmasında yüksək hasilat və iqtisadi səmərəliliyin artırılması üçün optimallaşdırma işləri aparılır. Yüksək maili və horizontal quyuların qazılması imkanları genişləndirilir. Belə ki, “Pirallahı” yatağında horizontal qazma və süzgəclə tamamlama sayəsində qazmadan istismara verilən quyu üzrə günəlik 2,5 dəfə hasilat artımı gözlənilir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam