Redaktor seçimi
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Günün xəbəri

Gürcü nazir müavini: “Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır”

 

Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır.

Yenixeber.org xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Vaxtanq Tsintsadze Bakıda keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji beynəlxalq sərgisi çərçivəsində “Dayanıqlı və davamlı enerji gələcəyi naminə qlobal əməkdaşlıq” panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, Gürcüstanla Azərbaycan arasında əməkdaşlıq təkcə enerji sahəsində deyil, həm də siyasi baxımdan mükəmməldir: "İki ölkə regionda həyata keçirilən enerji layihələrində əsas dövlətlərə çevrilib. Gürcüstan kimi Azərbaycan da enerji sahəsində etibarlı tərəfdaşdır. Hazırda enerji mənbələrinin şaxələndirilməsi mühüm əhəmiyyət kəsb edən məsələdir".

O qeyd edib ki, enerji sahəsində yeni layihələrdə Avropa İttifaqı, Cənubi Qafqaz, Mərkəzi Asiya ölkələrinin iştirakı nəzərdə tutulur: "Bu mənada "yaşıl enerji" sahəsində əməkdaşlıq vacibdir. Hazırda dünyada elektrik enerjisinə tələbatın olduğu dövrdə region ölkələri elektrik enerjsinin ixracını həyata keçirə bilər. Yeri gəlmişkən, Yaşıl Enerji Dəhlizinin gücünün 4000 meqavat olacağı gözlənilir. Bununla bağlı əsaslandırma işlərinə başlanılacaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam