Ukraynanın itkiləri yenilənir -STATİSTİKA
Rusiya müharibənin 1192-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 663 təyyarəsi, 283 helikopteri, 60 423 PUA-sı, 607 zenit-raket kompleksi, 23 651 tank və digər zirehli texnikası, 1 565 reaktiv yaylım atəş sistemi, 25 396 artilleriya və minaatanı, 36 191 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.