Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Rusiyada miqrantlara növbəti qadağa gəlir

rusiyada-miqrantlara-daha-bir-qadaga-gelir

Rusiyada miqrantlara birdən çox telefon nömrəsi işlətmək qadağan edilə bilər. 

Yenixeber.org: Bununla bağlı Rusiya Dövlət Dumasının Əmək, Sosial Siyasət və Veteranların İşləri üzrə Komitəsinin rəhbəri Yaroslav Nilov tərəfindən qanun layihəsi hazırlanıb. Əcnəbilərə birdən çox abunəçi nömrəsinin istifadəsini qadağan edən sənəddə qeyd olunur ki, bu cür məhdudiyyətlər milli maraqların qorunmasına və vətəndaşlar üçün daha təhlükəsiz mühitin yaradılmasına yönəlib.

Nilovun sözlərinə görə, qloballaşma və əhalinin mobilliyinin artması şəraitində təhlükəsizlik məsələsi xüsusilə aktuallaşır: “Terrorizm, casusluq, dələduzluq, kibertəhlükələrlə bağlı artan təhdidləri nəzərə alaraq, ölkəmizdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin SİM kartlara sahiblik hüququnun məhdudlaşdırılması üçün tədbirlər görmək lazımdır. Hazırki qanuna görə, həmin şəxslər 10-a qədər SİM karta malik ola bilər ki, bu da böyük rəqəmdir”.

Qeyd edək ki, 2025-ci il yanvarın 1-dən Rusiya Federasiyasında əcnəbilərin 10-dan çox abonent nömrəsini öz adlarına qeydiyyatdan keçirməsinə qadağa qoyulub.(TASS)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam