Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

239 nömrəli məktəbdə xəsarətlə nəticələnən münaqişə valideyndən GİZLƏDİLDİ -DİN-dən AÇIQLAMA/FOTOLAR

Aprelin 30-da Səbail rayonunda yerləşən 239 nömrəli tam orta məktəbdə şagirdlər arasında münaqişə baş verib.

Yenixeber.org: Əldə etdiyimiz məlumata görə, məktəbin 7-ci sinif şagirdləri arasında baş verən münaqişə bir nəfərin qol və ayaq nahiyəsindən xəsarət alması ilə nəticələnib.

Hadisə ilkin olaraq məktəbin direktoru Nisə Fərəcova tərəfindən hüquq-mühafizə orqanlarından və şagirdin valideynlərindən gizlədilib.

Sözügedən şagird evə gəldikdən sonra bədənində olan xəsarətlər valideynlər tərəfindən aşkar olunub və uşaq dərhal xəstəxanaya aparılıb. Xəstəxanaya aparılan şagirdə ilkin tibbi yardım göstərildikdən sonra o, evə buraxılıb.

Məktəblərdə şagirdlərin təhsil almasını təmin etməklə yanaşı, eyni zamanda sağlam təhsil mühitinin qorunması da təmin edilməlidir. Şagirdlər arasında nizam-intizam, onların fiziki və psixoloji olaraq mühafizəsi də dərs saatları əhatəsində məhz məktəbin məhsuliyyətindədir. Lakin görünən odur ki, məktəblərdə şagirdin xəsarəti ilə nəticələnək dərəcədə münaqişə baş verir və məktəb rəhbərliyi hadisəni gizlətməyi üstün tutur…

  ***

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirdi ki, məsələ ilə bağlı ərazi polis orqanına müraciət daxil olub. Araşdırma aparılır.(patrulaz.az)

media-aeaf273c-6628-41ec-bc59-23d426c183dcmedia-fd3bb777-bdb2-482c-ba8b-119939d9f36c

media-8846ed03-fa9e-4983-bcc1-15fd4c70c1ca




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam