Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

“VMR Esthetic Clinic”in belə bir lisenziyası yoxdur“ -RƏSMİ AÇIQLAMA

bitmap-img6

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) “VMR Esthetic Clinic” adlı özəl tibb müəssisəsinin işçisinin canlı yayımda buxaq liposaksiyası icra etməsinə münasibət bildirib.
Yenixeber.org: Açıqlamada ölkə ərazisində özəl tibb fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinə lisenziyanı İqtisadiyyat Nazirliyinin verdiyi qeyd olunub:
"Ancaq “VMR Esthetic Clinic”in belə bir lisenziyası yoxdur. Analitik Ekspertiza Mərkəzinin əməkdaşları artıq iki dəfə (Gəncə və Bakı filialları) bu gözəllik mərkəzində şikayətlər əsasında plandankənar yoxlama aparıb və aşkar edilən inzibati xəta ilə əlaqədar barələrində inzibati tənbeh tədbiri seçilib. Tərtib edilən inzibati xəta haqqında protokollar aidiyyəti üzrə növbəti icraata göndərilib", - məlumatda qeyd olunub.
Eyni zamanda bildirilib ki, mövcud qanunvericiliyə əsasən səlahiyyətlər çərçivəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci (Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə) inzibati tədbirlər həyata keçirilir. Bundan başqa, tibb təhsili olmadan praktik tibb fəaliyyətinin göstərilməsi cinayət əməlidir və hüquq-mühafizə orqanlarının nəzarət predmetidir.
Qeyd edək ki, sosial şəbəkələrdə “VMR Esthetic Clinic”in işçisinin canlı yayım açaraq buxaq liposaksiyası proseduru həyata keçirdiyi barədə görüntülər yayılıb.
Xatırladaq ki, Analitik Ekspertiza Mərkəzi 2024-cü ildə kosmetoloji iş üzrə xidmət göstərən 30 özəl tibb müəssisəsinin 16-da nöqsanlar aşkar edib. 2025-ci ilin ilk üç ayında isə kosmetoloji iş üzrə xidmət göstərən 15 özəl tibb müəssisəsində aparılan yoxlamalar zamanı isə hər birində nöqsanlar aşkarlanıb və iki protokol tərtib edilib.
Xatırladaq ki, bu klinikanın sahibinin jurnalist Qənirə Ataşova və hüquq müdafiçisi Mirvari Qəhrəmanlının qızı ilə qalmaqalda adı çox hallanıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam