Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

“Prezident Kuboku-2025” beynəlxalq reqatasında iştirak edəcək ölkələrin adları müəyyənləşib

 

Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə Ümumilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunan “Prezident Kuboku-2025” beynəlxalq reqatasında iştiirak edəcək ölkələrin adları müəyyənləşib.

Yenixeber.org xəbər verir ki, aprelin 28-dən mayın 2-dək baş tutacaq yarışda Avropa, Asiya və Afrikadan 200-dən çox idmançı, 20-dən artıq ölkə – Azərbaycan, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistan iştirak edəcək.

Aprelin 28-də “Prezident Kuboku-2025” beynəlxalq reqatası çərçivəsində Qarabağda - Füzulidə yerləşən Köndələnçay su anbarında avarçəkənlərin nümunəvi çıxışları olacaq. Həmçinin Füzuliyə köç edən sakinlərə həvəskarlar üçün nəzərdə tutulan qayıqlarda peşəkar məşqçilərin nəzarəti ilə avar çəkmək imkanı yaradılacaq. Uşaq və yeniyetmələr üçün həvəsləndirici viktorinalar təşkil ediləcək.

Reqatanın rəsmi paradı və komandaların təqdimatı aprelin 29-da Mingəçevir şəhəri, Heydər Əliyev prospektində keçiriləcək. Aprelin 30-da Qarabağın daha bir dilbər guşəsi olan Suqovuşanda “Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi açılış mərasimi və 200 metr məsafədə yarışlar baş tutacaq. Reqata mayın 1-2-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə müxtəlif məsafələrdə mübarizə aparacaqlar.

Mayın 2-də Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında “Prezident Kuboku-2025” beynəlxalq reqatasının bağlanış mərasimi keçiriləcək. Bağlanış mərasimində əvvəlcə qaliblər mükafatlandırılacaq. Kayak-kanoe və akademik avarçəkmə üzrə kuboklar sahiblərinə təqdim ediləcək. Daha sonra bağlanış mərasimi bədii hissə ilə davam edəcək. Bədii hissədə müxtəlif şou proqramlar, tanınmış rəqs qruplarının çıxışları və konsert proqramı tamaşaçılara əsl bayram ab-havası yaşadacaq. Reqataya hər zaman olduğu kimi möhtəşəm atəşfəşanlıqla yekun vurulacaq.

Qeyd edək ki, “Prezident Kuboku” reqatası ardıcıl üçüncü ildir Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planına daxil edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam