Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

"Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq -Premyer Liqa

Misli Premyer Liqasının XXXI turunda "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək.

Yenixeber.org xəbər verir ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionu keçiriləcək matçı Elçin Məsiyev idarə edəcək.

Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

Cari mövsümün başa çatmasına 6 tur qalmış Ağdam təmsilçisi 73 xalla turnir cədvəlinə başçılıq edir. 35 xala malik "Neftçi" isə altıncıdır.

Günün daha bir oyununda "Sabah" "Səbail"lə qarşılaşacaq. "Bank Respublika Arena"da baş tutacaq görüş saat 17:30-da başlayacaq.

Turnir cədvəlində "Sabah" 36 xalla beşinci sırada yer alıb. "Səbail" isə 20 xalla sonuncu - onuncu pillədə qərarlaşıb.

Misli Premyer Liqası

IV dövrə, XXXI tur

19 aprel

17:30. “Sabah” – “Səbail”

Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əkbər Əhmədov.

VAR: Rəşad Əhmədov.

AVAR: Cəmil Quliyev.

Hakim-inspektor: Feyzulla Feyzullayev.

"Bank Respublika Arena"

20:00. “Qarabağ” – “Neftçi”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.

VAR: Kamal Umudlu.

AVAR: Namik Hüseynov.

Hakim-inspektor: Ömər Paşayev.

Tofiq Bəhramov adına Respublika stadionu.

Qeyd edək ki, turun açılış oyununda "Araz-Naxçıvan" doğma meydanda "Turan Tovuz"la heç-heçəyə (1:1) razılaşıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam