Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Ölkə ərazisində müşahidə olunan əlverişsiz hava ilə bağlı -NÖVBƏTİ XƏBƏRDARLIQ - YENİLƏNİB

 

Ölkə ərazisində fasilələrlə müşahidə olunan yağıntının aprelin 15-dən 16-na keçən gecədən başlayaraq intensivləşəcəyi, əsasən Böyük Qafqaz zonasının bəzi rayonlarında yağıntıların aramsız güclü olacağı gözlənilir.

Yenixeber.org xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti növbəti xəbərdarlıq yayıb.

Dağlıq ərazilərdə fasilələrlə intensiv qar yağacağı ehtimalı var. Qərb küləyi 15-20 m/s, bəzi rayonlarda arabir 25-30 m/s-dək güclənəcək.

Əlverişsiz hava şəraiti qərb rayonlarında aprelin 17-si gecəyədək, şərq rayonlarında isə səhərədək davam edəcək.

Ölkənin əksər yerli çaylarında yüksək sululuğun davam edəcəyi, əsasən dağ çaylarından sel və daşqın keçəcəyi gözlənilir.

***

Aprelin 15-dən 16-na keçən gecədən Bakıda və Abşeron yarımadasında yağışın leysan xarakterli intensiv olacağı, günün birinci yarısınadək yarımadanın bəzi yerlərində güclənəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı növbəti xəbərdarlıqda qeyd edilib.

Bildirilib ki, şimşək çaxacağı ehtimalı var. Aprelin 17-si gündüzədək şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcək. Gözlənilən intensiv və güclü yağışla əlaqədar Abşeron yarımadasının bəzi ərazilərində subasma halları istisna olunmur.

Aprelin 17-si səhər yağıntılar kəsiləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam