Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

“Nar”müəllimlər üçün mobil rabitə təlimi keçib-FOTOLAR

 

Sərfəli xidmətləri ilə yanaşı, sosial layihələrə də xüsusi önəm verən “Nar” Dövlət Peşə Agentliyi və “Sustainera Solutions” şirkətiylə birgə Peşə Təhsili üzrə Müəssisələrin müəllimləri üçün mobil rabitə avadanlıqlarına dair xüsusi təlim keçirib.İki gün davam edən bu təlim müəllimlərin müasir telekommunikasiya texnologiyalarıbarədə biliklərini artırmağa və bu sahədə praktiki bacarıqlar qazanmalarına imkan yaradıb.


Yenixeber.org: Təlimin ilk günündə iştirakçılar rabitə avadanlıqlarının texniki əsasları barədə nəzəri biliklər əldə ediblər. İkinci gün isə mobil operatorun əsas şəbəkə və radio şəbəkə avadanlıqlarıilə vizual tanış olub, praktiki məşğələlər keçiblər. “Nar”ın texniki heyəti tərəfindən hazırlanan bu təlim proqramında 10 müəllim iştirak edib və onlar mobil rabitə sistemlərinin quruluşu, şəbəkə infrastrukturu və iş prinsipləri kimi mövzular üzrə biliklərə yiyələniblər.


“Nar” bu təşəbbüs çərçivəsində ölkədə texniki peşə təhsilinin inkişafına töhfə verməyi və rabitə sahəsində çalışan mütəxəssislərin yetişdirilməsinə dəstək olmağı hədəfləyir. Mobil operatorun həyata keçirdiyi bütün sosial layihələr haqqında buradan məlumat əldə edə bilərsiniz.


Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam