Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Günün xəbəri

Rumıniya Kubokunu qazanan Azərbaycan millisinin üzvü: "Qarşımızda son və ən çətin vəzifə qalıb"

 

Qarşımızda son və ən çətin vəzifə - Rumıniya çempionatının finalı qalıb.

Yenixeber.org xəbər verir ki, bunu Rumıniyanın “Alba” klubunun heyətində ölkə kubokunun qalibi və Avropa Voleybol Konfederasiyasının (CEV) Kubokunda ikinci yeri tutan Azərbaycan millisinin hücumçusu Yelizaveta Ruban deyib.

O, Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında CEV Kubokundakı nəticədən də razı qaldıqlarını söyləyib:

“Çox şadam ki, Rumıniya Kubokunu qazandıq. Finalda rəqibimiz ötənilki çempion idi və oyun çox maraqlı keçdi. Bilirdik ki, rəqib güclüdür və asan olmayacaq. Ona görə də ciddi hazırlaşdıq və qalib gəldik. Bu görüşdən sonra istirahətə vaxt yox idi, çünki iki gündən sonra bizi CEV Kubokunun finalı gözləyirdi. İtaliyada baş tutan ilk oyunda uduzsaq da, evdəki cavab matçına ciddi hazırlaşırdıq. Hər şey ən yüksək səviyyədə təşkil olunmuşdu, ab-hava inanılmaz idi. Finalda uduzmağımıza baxmayaraq, nəticədən razıyıq, turniri ikinci kimi başa vurduq. Qarşımızda son və ən çətin vəzifə - Rumıniya çempionatının finalı qalıb. Əlbəttə, yorğunluq var. Lakin çalışacağıq ki, çempionluğu qazanaq və mövsümü daha çox qələbə ilə başa vuraq”.

Qeyd edək ki, finalda “Voluntari”ni 3:1 hesabı ilə məğlub edən “Alba” Rumıniya Kubokunun qalibi olub. Komanda CEV Kubokunun finalında isə İtaliya təmsilçisi "Novara"ya (1:3, 0:3) uduzub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam