Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Alla Puqaçova məsuliyyətə cəlb oluna bilər -SƏBƏB

puqacova-yeni-mahnilara-gore-mesuliyyete-celb-oluna-biler

Rusiyanın Xalq artisti Alla Puqaçovanın bir neçə gün öncə təqdim etdiyi yeni mahnıları, “Mama” və “Müharibənin öpüşləri” ilə bağlı araşdırma başlanacaq.

Yenixeber.org: Bunu Rusiyanın Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbəri Vitali Borodin deyib.

Borodinin sözlərinə görə, müharibədə həlak olan əsgər və anasının dialoqunu canlandıran “Mama” kompozisiyası müharibəni gözdən salmaq baxımından şübhələr yaradır və müvafiq yoxlama tələb edir:

“Biz bunu (red-.“Mama” mahnısı) xüsusi əməliyyatın gözdən salınması hesab edirik. Qiymətləndirmə özəl təşkilatlarla deyil, Daxili İşlər Nazirliyi və ya Ədliyyə Nazirliyinin ekspertləri ilə aparmalıdır”.

O bildirib ki, əgər ekspertlər onun arqumentləri ilə razılaşarsa, Puqaçova məsuliyyətə cəlb ediləcək.

Qeyd edək ki, hər iki muqinin söz və musiqisi Puqaçovanın özüdür. Mahnılar aprelin 1-də “YouTube” platformasında yayımlanıb.(“Den.ru”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam