Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Müəllimi atalarının yasında öldürən qardaşı -Ağır cəza aldı/FOTO

 

Zaqatalada müəllim olan bacısını güllələyərək öldürən qardaşa hökm oxunub.

Yenixeber.org-un məlumatına görə, 1980-ci il təvəllüdlü Natavan Əhmədovanı qətlə yetirən 36 yaşlı Nurlan Əsgərov Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirli bilinib.

Bildirilib ki, hadisə ötən ilin mayında onların atasının il mərasimində baş verib. Nurlan qəfil silah götürərək bacısını boğaz nahiyəsindən güllələyib. Xəstəxanaya çatdırılan qadının vəfat etdiyi məlum olub.

Nurlan ibtidai istintaqa ifadəsində bacısını qısqanclıq zəminində öldürdüyünü iddia edib. Lakin Natavanın telefonunun araşdırılması, həmçinin digər ifadə və sübutlar bu iddianı təkzib edib. O da məlum olub ki, Nurlan 2021-ci ildən narkotik istifadəçisidir və bu maddələrin dövriyyəsi ilə bağlı məhkum edilib.

Natavan Əhmədovanın həyat yoldaşı isə qaynı Nurlanın həbsdə olarkən hörmət qazanması və pis rəftar görməməsi üçün qısqanclıqla bağlı yalan ifadə verdiyini deyib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nurlana 17 il 10 ay həbs cəzası verilib.

Xatırladaq ki, N. Əhmədova rayonun Yuxarı Tala kənd 2 nömrəli məktəbində müəllim işləyirmiş.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam