Niderlandın Bakıdakı səfirliyi Xocalı faciəsi ilə bağlı Azərbaycana başsağlığı verib
Niderlandın Bakıdakı səfirliyi Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar paylaşım edib.
Yenixeber.org xəbər verir ki, paylaşım səfirliyin sosial şəbəkədəki səhifəsində yerləşdirilib.
"Bu gün biz 1992-ci ildə Xocalı hadisələri zamanı dinc əhalinin həlak olması ilə əlaqədar Azərbaycan xalqının matəminə qoşuluruq", - paylaşımda bildirilib.